Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Peugeot-Citroen və Fiat Chrysler birləşmə haqqında razılığa gəldi

Peugeot-Citroen və Fiat Chrysler birləşmə haqqında razılığa gəldi

Tarix: 4 Yanvar 2020 22:24

Peugeot-Citroen (PSA) avtokonserni və Fiat Chrysler qlobal birləşmə haqqında müqavilə imzalayıblar.

Sonxeber.net facemark.az-a istinadən bildirir ki, bu haqda şirkətin birgə bəyanatında deyilir.

Razılaşma bərabər əsaslarla imzalanıb. Hər iki şirkətin səhmdarları birləşmiş qrupun səhmlərinin 50%-nə sahib olacaq.

"Birləşmə nəticəsində isə satışlarının həcminə görə, dünyanın dördüncü ən böyük avtoistehsalçısı yaranır və gəlirlərinin həcminə görə isə, üçüncü şirkət", - deyə xəbərdə deyilir.

Kompaniyadan isə təxmin edirlər ki, qrupun satış həcmi 8,7 milyon ədəd, gəlirləri 170 milyard avro, əməliyyat gəliri isə 11 milyard avrodan çox olacaq. Gəlirlərinin təxminən yarısının (46%-nin) Avropdan, 43%-nin isə Şimali Amerikadan gəlməsi gözlənilir.

Qeyd edək ki, şirkətlərin birləşməsi üzərində avoistehsalçıların rəhbərləri oktyabrın sonundan işləməyə başlayıblar. Birləşmə isə səhmdarların və rəsmi orqanların razılığı nəzərə alınmaqla tamamilə 12-15 ay ərzində başa çatacaq.


Etiketlər:  Peugeot Citroen Fiat Chrysler birləşmə haqqında razılığa gəldi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ