Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2020 00:04
Bakı. Trend:
Kanadanın Atlantik vilayətlərinə güclü qar fırtınası yaxınlaşır.
Trend-in məlumatına görə, bu barədə Kanada Milli Hava Bürosu xəbərdarlıq yayıb.
Bildirilib ki, yanvarın 5-nə keçən gecə Yeni Şotlandiya və Nyufaundlend və Labrador vilayətlərində güclü qar yağmağa başlayacaq. Həmin vaxt ərzində 20 santimetrdən 40 santimetrədək qar yağmağı ehtimalı var ki, bu da aylıq yağıntı normasının təxminən dörddə birini təşkil edir.
Bundan əlavə, küləyin sürəti 80 km/s (22 m/s) qədər çatacaq.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Ən ucuz aviabiletlər!