Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İraqın Baş naziri ölkədə üç günlük matəm elan etdi

İraqın Baş naziri ölkədə üç günlük matəm elan etdi

Tarix: 5 Yanvar 2020 01:04

Bakı. Trend:

İraq Baş nazirinin vəzifəsini icra edən Adel Abdel Mehdi ölkədə üç günlük matəm elan edib.

Trend-in məlumatına görə, bu barədə İraq hökumətinin başçısı öz rəsmi "Twitter" səhifəsində yazıb.

Bildirilib ki, matəm İranlı general Qasim Süleymaninin və şiə milis başçısının müavini Əbu Mehdi əl-Muhandisin ABŞ-ın hava hücumu nəticəsində öldürülməsi ilə əlaqədar elan edilib.

Xatırladaq ki, yanvarın 3-də Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani öldürülüb. Pentaqon generalın öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb.
Qeyd edilir ki, əməliyyatın məqsədi gələcəkdə İran tərəfindən hücumların qarşısını almaq olub.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Ən ucuz aviabiletlər!


Etiketlər:  İraqın Baş naziri ölkədə üç günlük matəm elan etdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ