Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Süleymaninin nəşi İrana gətirildi

Süleymaninin nəşi İrana gətirildi

Tarix: 5 Yanvar 2020 11:52

ABŞ-ın hücumu nəticəsində İraqda öldürülən general Qasım Süleymaninin nəşi İrana gətirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, təyyarə artıq Əhvaz şəhərinə enib. Süleymani ilə vida mərasimi İranın bir neçə şəhərində keçiriləcək. Daha sonra isə general Kirmanda dəfn olunacaq.

Xatırladaq ki, yanvarın 3-də ABŞ-ın Bağdad hava limanı yaxınlığındakı əraziyə raket zərbələri nəticəsində Qasım Süleymani öldürülüb.


Etiketlər:  Süleymaninin nəşi İrana gətirildi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ