Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İntiqamla Nüşabə Ələsgərli arasında qalmaqal - ''İntiqam, məni niyə hirsləndirirsən?''

İntiqamla Nüşabə Ələsgərli arasında qalmaqal - ''İntiqam, məni niyə hirsləndirirsən?''

Tarix: 29 Iyul 2025 09:25

"Elgizlə izlə" verilişində Əməkdar artist Nüşabə Ələsgərli və müğənni İntiqam Kərimov arasında gərginlik yaşanıb.

Sonxeber.net xəbər verir ki, buna səbəb isə İntiqam Kərimovun "İstedadlı adam heç vaxt gedib xorda dayanmaz" deməsi olub: 

"Konservatoriyanı bir ildə 20 nəfər vokalçı bitirirsə, onların ikisindən düzgün ifaçı yaranır. Sözümün üstündəyəm, niyə yoxdurlar ortada? Özünə güvəni olan istedadlı adam heç vaxt gedib xorda dayanmaz. Mən başa düşə bilmirəm ki, 2 səsli oxuya bilmirsə, konservatoriyanı niyə bitirib? O diplomu niyə verilblər? İstedad ayrı şeydir, hər adama verilmir".

Onun bu fikirlərinə Nüşabə Ələsgərli əsəbiləşərək belə cavab verib:

"Çox yanlış söhbət edir İntiqam müəllim. Özünə hörmət edən və etmiyənin bu məsələyə heç bir dəxlisi yoxdur. Vokalçı xorda və kütləvi səhnələrdə də oxuya bilər. Şanslı və şanssız, istedadlı və istedadsız ifaçılar var. Hər bir halda biz ciddi bir təhsil ocağının, Bakı Musiqi Akademiyasının məzunlarıyıq və oranı elə-belə oxuyub bitirmək olmur, olmayıb və olmayacaq da. Mən başa düşə bilmirəm, konservatoriyanı bitirənlərin hamısı solist olmalıdır? Kütləvi səhnələri kim oynamalıdır? İntiqam, məni niyə hirsləndirirsən?". (Axşam.az)

 


Etiketlər:  İntiqamla Nüşabə Ələsgərli arasında qalmaqal İntiqam məni niyə hirsləndirirsən


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ