Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2020 11:58
"Hesablama budur ki, Birləşmiş Ştatlar, sadəcə olaraq, davamlı zorakılıqları - bazalarımızın raketlə atəşə tutulmasını, amerikan kontraktorun öldürülməsini, gəmiçiliyə, yaxud dronlarımıza hücumları ciddi cavabsız qoymayacaq", - deyə sabiq ABŞ hərbi komanadanı və Mərkəzi Kəfiyyat Agentliyinin (CIA) keçmiş direktoru General Deyvid Petreus Prezident Trampın uzun illər ABŞ maraqları əleyhinə planlar həyata keçirən General Qasim Süleymanini öldürtdürməsini izah edib.
Sonxeber.net virtualaz.org-a istinadən bildirir ki, ABŞ-ın İraq və Əfqanıstandakı qüvvələrinin keçmiş komandiri Foreign Policy jurnalına müsahibəsində sabiq ABŞ rəsmisi İranın Qüds Qvvələrinin komandiri Qasim Süleymaninin öldürülməsinin region üçün əhəmiyyətindən danışıb.
Generalın sözlərinə görə, ABŞ-ın aylardır Tehranın ABŞ-ın hərbi dronunu vurulması, Səudiyyənin neft infrastrukturlarına hücumu kimi təxribatlarına səssiz qalmasından sonra Süleymanini öldürməsi İrana Birləşmiş Ştatların artıq təxribatlara dözməyəcəyinə dair mesaj göndərir.
Petreus Süleymaninin ölümünün "Osama bin Laden və hətta Əbu Bəkr əl Bağdadinin də öldürülməsindən daha vacib" olduğunu söyləyib.
O, Süleymaninin Suriya kimi bir çox ölkələrdə, o cümlədən təkcə İraqda 600-dən çox Amerika əsgərinin və daha da çox koalisiya əsgərləri və ABŞ-ın iraqlı həmkarlarının ölümünə səbəb olan partlayıcılar, mərmilər və digər sursatları təmin etdiyini bildirir və bu səbəblə də onun ölümünün çox mühüm olduğunu deyib.
Trampın Süleymanini öldürmək qərarını şərh edən Petreus bunun ABŞ-ın İranın davamlı zorakılıqlarını, bazalarını raketlə vurmasını, amerikalı podratçını öldürməsini, silahsız dronlara hücumunu cavabsız qoymayacağını göstərmək məqsədi danışıdığını söyləyib.
Onun sözlərinə görə, bir çoxları Amerikanın İranın təxribatlarını cavabsız qoyduğu üçün çəkindirici mövqeyinin laxladığını sual etdiyi üçün Vaşinqtonun bu addımı atması vacib idi.
Petreus deyib ki, hazırda İranın iqtisadi durumu zəifdir və rejim bu yaxınlarda İranda iqtisadi vəziyyət, korrupsiya və pis idarəçiliyə qarşı etiraz edən yüzlərlə İran vətəndaşını öldürdüyü üçün ölkə daxilində vəziyyət çox kövrəkdir. Onun fikrincə iranlılar indi rejimi onillər öncə baş verən İraq-İraq Müharibəsi dövründəki qədər dəstəkləmir.
Bu səbəbdən də o deyir ki, "İran ABŞ-ın bu addımına cavab tədbirlərini nəzərdən keçirən zamanı ali dini lider də bunu nəzərə almalıdır".
ABŞ-ın regiondakı qüvvələrini qorumaq üçün hansı addımlar atdığına dair suala cavab olaraq Petreus deyib ki, Birləşmiş Ştatlar orada hava müdafiə və hücum imkanlarını artırıb.