Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2020 19:34
Keniyanın Lamu bölgəsinldəki "Manda" uçuş-enmə zolağına terrorçuların hücumu olub. Bir neçə qrup keniyalı hərbçilərlə atışmaya başlayıb. Terrorçuların məqsədi uçuş-enmə zolağını ələ keçirmək, sonra isə beynəlxalq kontingentin, o cümlədən ABŞ Hərbi-Hava Qüvvələrinin istifadə etdiyi "Camp Simba" bazasına girmək idi.
Sonxeber.net bildirir ki, hücumdan əvvəl terroçular bazanın elektrik təminatını pozublar.
Hücum zamanı terrorçular yanacaq anbarını yandırıblar, ABŞ HHQ-nin iki təyyarəsini və iki helikopterini yandırıblar. ABŞ hərbçilərinin dediklərinə görə, bu aviavasitələrin üçü istifadə üçün yararsızdı.
Keniya Müdafiə Nazirliyinin yaydığı məlumatğa görə, baza müdafiə olunub, 4 terrorçu məhv edilib.
Hücumu gerçəkləşdirən "Əş Şəbab" terror qruplaşmasının yaydığı bəyanatda isə vurtulanır ki, bazaya "elitar dəstə" yönəlibmiş.