Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Aprel 2019 15:27
Bakı. Samir Əli - Trend:
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhddə təqsirləndirilən Bayram Orucovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Trend-in məlumatına görə, hakim Telman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə B.Orucov 11 il 3 ay azadlıqdan məhrum edilib.
İttihama görə, ötən il noyabrın 19-u saat 4 radələrində Bakı şəhər sakini Alim Əhmədovun kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya gətirilməsi barədə Xətai Rayon Polis İdarəsinin 34-cü Polis şöbəsinə məlumat daxil olub.
Cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş B.Orucov saxlanılıb.
B. Orucov barəsində Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsilə cinayət işi başlanıb.