Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2020 19:36
Bakı. Trend:
İraq parlamenti xarici qoşunların ölkədən çıxarılması barədə qərar qəbul edib.
Trend-in "RİA Novosti"yə istinadən verdiyiməlumata görə, İraq parlamenti həmçinin İŞİD terror qruplaşmasına qarşı koalisiya ilə razılaşmanın dayandırılmasının da lehinə səs verib.
Qeyd edək ki, baş nazir vəzifəsini icra edən Adil Əbdül Mehdi daha əvvəl bu təkliflə çıxış edib. Onun sözlərinə görə, bu ABŞ və digər dövlətlərlə əlaqələrin yenidən qurulmasına kömək edəcək.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Ən ucuz aviabiletlər!