Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranlı nazir Trampa “kostyumlu terrorçu” dedi

İranlı nazir Trampa “kostyumlu terrorçu” dedi

Tarix: 5 Yanvar 2020 21:48

İranın Rabitə və İnformasiya Texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cahromi ABŞ Prezidenti Donald Trampın İrandan onlara qarşı hücum olacağı təqdirdə 52 hədəfi vuracaqlarına dair açıqlamasını şərh edib.

Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə o, Tvitter səhifəsində yazıb.

Cahromi Trampı İŞİD, Adolf Hitler və Çingizxanla müqayisə edib. Nazirin sözlərinə görə, onların hamısını digər mədəniyyətlərə olan nifrət birləşdirir.

"Tramp kostyumlu terrorçudur. O, çox tezliklə başa düşəcək ki, böyük İran milləti və mədəniyyətinə heç kim qalib gələ bilməz", - Cahromi yazıb.

Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp amerikalılara və ya ABŞ obyektlərinə qarşı hücum olunacağı təqdirdə İrana aid 52 hədəfi vuracaqlarını bildirmişdi.


Etiketlər:  İranlı nazir Trampa kostyumlu terrorçu dedi


RƏYLƏR