Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 5 Yanvar 2020 22:42
İran nüvə proqramı ilə bağlı 2015-ci ildə imzaladığı məhdudiyyət şərtlərinə bundan sonra əməl etməyəcək.
Sonxeber.net İranın dövlət telekanalı İRİB-ə istinadən bildirir ki, rəsmi Tehranın yaydığı bəyanata görə, İran nüvə anlaşması ilə bağlı öhdəliklərin icrasına yalnız ölkəyə qarşı tətbiq edilən bütün sanksiyaların ləğvindən sonra dönəcək.
Eyni zamanda, İran nüvə anlaşmasında nəzərdə tutulan və uranın zənginləşdirilməsi üçün olan sentrifuqaların son məhdudiyyətindən də imtina etdi.