Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Yanvar 2020 06:30
Ötən il Danimarka elektrik enerjisinə ehtiyacının təqribən yarısını külək energetikasının hesabına təmin edib. Bu, yeni rekord nəticədir.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, 2019-cu ildə Danimarkada elektrik enerjisinə istehlakın 47 faizi külək enerjisinin payına düşüb.
Beləliklə, külək energetikasının payı əhəmiyyətli dərəcədə artıb. Xatırladaq ki, 2018-ci ildə müvafiq göstərici 41 faiz idi.