Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Tehranda böyük izdiham - İranlı generalla vida mərasimi keçirilir

Tehranda böyük izdiham - İranlı generalla vida mərasimi keçirilir

Tarix: 6 Yanvar 2020 11:44

İranın paytaxtı Tehran şəhərinin Azadi meydanına çıxan prospektlərdə böyük izdiham var.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, buna səbəb iranlı general Qasim Süleymani ilə vida mərasiminin keçirilməsidir.

İran mediaları şəhərdə küçələrə milyonlarla insanın axışdığını qeyd edirlər.

Vida mərasiminə qatılanlar ABŞ əleyhinə sərt şüarlar səsləndirir və dərhal intiqamın alınmasını istəyirlər.

Ötən gün İranın Rəzəvi Xorasanının Məşhəd şəhərində vida mərasimi keçirilib.

İranda artıq aeroport, prospekt və küçələrə generalın adı verilib.

İranlı generalın sabah doğulduğu Kirman vilayətində dəfn olunacağı bildirilir.

Xatırladaq ki, yanvarın 3-də Bağdad Hava limanının raket zərbələrinə məruz qalması nəticəsində İran İnqilab Keşikçiləri Korpusunun Qüds Xüsusi Qüvvələrinin rəhbəri general Qasım Süleymani öldürülüb. Pentaqon generalın öldürülməsinə görə məsuliyyəti öz üzərinə götürüb. Qeyd edilir ki, əməliyyatın məqsədi gələcəkdə İran tərəfindən hücumların qarşısını almaq olub.

Milli.Az


Etiketlər:  Tehranda böyük izdiham İranlı generalla vida mərasimi keçirilir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ