"Almeriya" klubunun sahibi Türki Əl-Şeyx "Real"ın baş məşqçisi Zinəddin
Zidanla maraqlı videosunu paylaşıb.
Qol.az xəbər verir ki, ərəb
funksioner zarafatla fransalı mütəxəssisin sinəsindən kəllə vurub.
Əl-Şeyx bununla DÇ-2006-nın finalında Zidanın İtaliya millisinin
müdafiəçisi Marko Materatsiyə qarşı etdiyi hərəkəti təkrarlayıb. O, sözügedən
videonu "twitter"də paylaşdıqdan sonra italiyalı veteran futbolçuya söz atıb:
"Çətin idi, elə deyilmi? Ərəb qanı!".
Materatsi də öz növbəsində atmacanı
cavabsız qoymayıb: "Salam, boss. İşlər necədir? Ümid edirəm ki, tezliklə
görüşəcəyik".
Zidanla görüşdə həmçinin onun "Real"dan keçmiş komanda
yoldaşı, "Almeriya"nın baş məşqçisi Quti də iştirak edib.