Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan karateçiləri ilin ilk turnirində 21 medal qazanıblar

Azərbaycan karateçiləri ilin ilk turnirində 21 medal qazanıblar

Tarix: 6 Yanvar 2020 14:24

Bakı. Trend:

İstanbulda beynəlxalq "Bosphorus Cup" turunirində iştirak edən Azərbaycan karateçiləri ənənəvi yarışı 21 medalla başa vurublar. Mükafatlardan beşi qızıl, bir o qədəri gümüş, on biri isə bürüncdür.

Azərbaycan Milli Karate Federasiyasından Trend-ə verilən məlumata görə, milli komandanın məşqçiləri Şahin Xudaverdiyev (kumite) və Anar Əhmədovun (kata) rəhbərliyi ilə tatamiyə çıxan idmançılarımızdan qızıl medalları Rafael Məmmədov (52-60 yaşlı veteranlar, kata), Samir Məmmədov (-75 kq), Mədinə Sadıqova (21 yaşadək gənclər, -60 kq), Eldar Əhmədov və Sahib Əhədov (para-karate), gümüş mükafatları isə Qəşəm İskəndərov (-75 kq), Novruz Əliyev (-84 kq), Elvin Ağayev (+84 kq), Fərid Savadov (16-17 yaşlı gənclər, -55 kq), Soltan Allahquliyev (13 yaşlı uşaqlar, -45 kq) və Ülvi Zeynalov (para-karate) qazanıb.

Məhəmməd İsmayılov (-67 kq), Fərid Şahbazlı (-75 kq), Ceyhun İsmayılov (kata), Renata Ərəbli (-61 kq), Kəmalə Hüseynova (+68 kq), Qəşəm İsgkəndərov (21 yaşadək gənclər, -78 kq), Xəyal Məmmədov və Ceyhun İsmayılov (21 yaşadək gənclər, kata), həmçinin İnci Əzizova (21 yaşadək gənclər, -60 kq) və Adil Əlyar (para-karate) yarışı üçüncü pillədə başa vurub.

Ümumi hesabda milli komandanın və müxtəlif klubların üzvlərindən ibarət Azərbaycan karateçiləri Türkiyəli idmançılardan sonra ikinci nəticə göstəriblər. Beynəlxalq turnirdə 25 ölkədən 1316 idmançı iştirak edib. Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov mükafatlandırma mərasimində iştirak edib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Ən ucuz aviabiletlər!


Etiketlər:  Azərbaycan karateçiləri ilin turnirində medal qazanıblar


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ