Tarix: 6 Yanvar 2020 16:12
“Roma”nın əfsanəvi futbolçusu Françesko Totti keçmiş klubu ilə bağlı danışarkən maraqlı açıqlama verib.
Qol.az “Sky Sport”a istinadən xəbər verir ki, "qladiotar" ləqəbli keçmiş hücumçu artıq heç kimin onun qədər “Roma”ya sədiq olmadığını bildirib:
“İndi mənim kimi 25 il “Roma”da oynayacaq oğlan çətin tapılar. Bir müddətdən sonra onu başqa klub alacaq. Artıq “Roma”da uzun müddət oynamaq mümkün deyil”.
Qeyd edək ki, futbolçu karyerası ərzində “Roma”dan başqa heç bir klubda çıxış etməyən İtaliya millisinin sabiq üzvü bir müddət əvvəl “canavarlar”ın idman direktoru təyin olunsa da, klub rəhbərliyi ilə arasındakı fikir ayrılığına görə istefa verib.