Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Yanvar 2020 16:10
Toy tutmaq üçün oxumuram, amma hərdən istəyirəm ki, edim. Çünki nə qədər tədbirlər, reklamlar olsa da, baxırsan ki, qoyduğun vəsaitin, işin qarşılığında daha çox pul qazanmalı idim.
Sonxeber.net axşam.az-a istinadən bildirir ki, bu sözləri AzTV-də yayımlanan "Telesəhər Ell və Nikki ilə" verilişində müğənni Natavan Həbibi deyib.
İfaçı sənətinə çox pul xərclədiyini bildirib:
"Mən özümdən danışıram. Bu sənətdən pul qazanmıram. Ancaq cibimdən pul qoyub mahnı alıram, aranjiman alıram. Kliplərə, geyimlərə pul xərcləyirəm. Şou-biznesdə məni toy biznesindən uzaqlaşdırıblar".