Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İrandakı qəzada həlak olan 4 azərbaycanlıdan daha ikisinin kimliyi məlum oldu - Məmur və xanımı imiş

İrandakı qəzada həlak olan 4 azərbaycanlıdan daha ikisinin kimliyi məlum oldu - Məmur və xanımı imiş

Tarix: 6 Yanvar 2020 18:38

Ötən gün İranın Ərdəbil əyalətində baş verən yol-nəqliyyat hadisəsində dünyasını dəyişən 4 nəfərdən digər ikisinin də kimliyi məlum olub.

Sonxeber.net virtualaz.org-a istinadən bildirir ki, bunlar Neftçala şəhər sakinləri-1955-ci il təvəllüdlü Bəybala Soltan oğlu Qasımov və onun həyat yoldaşı, 1958-ci il təvəllüdlü Qasımova Nəzakət Zeynal qızıdır.

Əldə etdiyimiz məlumata görə, Bəybala Qasımov hadisəyə qədər Neftçala şəhəri üzrə İnzibati Ərazi Dairəsinin nümayəndəsi vəzifəsini müvəqqəti icra edib, Nəzakət Qasımova isə Neftçala şəhər 2 saylı körpələr evi-uşaq bağçasının direktoru olub.

Xatıqladaq ki, ötən gün İranda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində dörd Azərbaycan vətəndaşı ölüb. Ərdəbil əyalətinin yol polisi hadisənin Rəzi-Ərdəbil maqistral yolunda baş verdiyin bildirib. Hadisə nəticəsində 4 nəfər həyatını itirib, 2 nəfər yaralanıb. Polisin bildirdiyinə görə, "Samand" və "Peugeot" markalı avtomobillərin toqquşması nəticəsində baş verən hadisədə xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib. Hadisənin baş verməsinə yolun sürüşkən olması səbəb olub.

Bildirilirdi ki, ölənlərin ikisi İrana müalicə məqsədi ilə gedən Biləsuvarın Çaylı kənd sakinləri-1956-cı il təvəllüdlü Mürşüd Kərimov və onun həyat yoldaşı, 1961-ci il təvəllüdlü Müşkünaz Kərimovadır.

Neftçala şəhər "meri"nin və həyat yoldaşının nəşinin sabah İran İslam Respublikasından gətirələrək yaşadıqları Neftçala şəhərində torpağa tapşırılacağı gözlənilir.


Etiketlər:  İrandakı qəzada həlak olan azərbaycanlıdan daha ikisinin kimliyi məlum oldu Məmur xanımı imiş


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ