Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Yanvar 2020 19:06
Çili millisinin futbolçusu Aleksis Sançesin şərəfinə məmləkəti Tokopillada ucaldımış heykəl vandalizmə məruz qalıb.
Qol.az xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, naməlum şəxs və ya şəxslər 2017-ci ildən açılan heykəlin üzünü sındırıblar, formasının ön hissəsindəki 7 nömrəni cızıblar. Bundan başqa, heykəlin sağ ayağı və butsu zərər görüb.
Qeyd edək ki, bir neçə gün əvvəl Malmödə İsveç futbolunun canlı əfsanəsi Zlatan İbrahimoviçin şərəfinə ucaldımış heykəl növbəti dəfə vandalizmə məruz qalmışdı.
Yuxarı