Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2020 05:24
Bakı. Trend:
Nigeriyanın şimal-şərqində baş verən partlayış nəticəsində ən az 30 nəfər ölüb.
Trend-in məlumatına görə, bu barədə "Reyter" agentliyi mənbələrə istinadən bildirib.
Məlumata əsasən, partlayış yerli vaxtla saat 17:00-da Nigeriya Borno ştatının Qamboru şəhərində körpüdə baş verib.
Şahidlərin sözlərinə görə, daha 35 nəfər yaralanıb və yerli xəstəxanaya aparılıb.
Hazırda partlayışa görə heç bir təşkilat məsuliyyəti öz üzərinə götürməyib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Ən ucuz aviabiletlər!