Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2020 07:16
"İslam Dövləti" terror qruplaşmasına qarşı mübarizə üzrə ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya qoşunların çıxarılması barədə İraq hakimiyyət orqanlarına məlumat verib.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə İraqdakı birgə əməliyyatların komandalığına koalisiya tərəfindən göndərilən mesajda bildirilib.
Məlumata əsasən, növbəti addıma hazırlıq çərçivəsində koalisiya qüvvələri İraq Hökuməti və Parlamentinin xahişi ilə köçürüləcəkdir:
"İraqın suverenliyinə hörmət olaraq yaxın günlərdə və həftələrdə koalisiya qüvvələri yenidən yerləşdiriləcəkdir"