Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Yeni teleskop Yerə bənzər planetlər axtaracaq

Yeni teleskop Yerə bənzər planetlər axtaracaq

Tarix: 7 Yanvar 2020 07:44

ABŞ Kosmik Agentliyinin (NASA) yeni "HabEx" teleskopu şəraitinə görə Yer kürəsinə bənzəyən planetlərin axtarışı ilə məşğul olacaq. Layihənin dəyəri 7 milyard dollardan çox qiymətləndirilir.

Milli.Az ictnews.az-a istinadən bildirir ki, Yer kürəsində baş verə biləcək mümkün potensial ekoloji fəlakətlər və əhali sayının artımı ilə əlaqədar gələcəkdə bəşəriyyət "ehtiyat planetə" ehtiyac duyacaq. Bu məqsədlə "NASA" belə göy cisimlərinin axtarışı üçün teleskop təklif edib: "Habitable Exoplanet Observatory" (HabEx) adlı missiya məhz şəraiti Yerdəkinə yaxın planetləri axtaracaq.

"Bizim məqsədimiz həyatı dəstəkləyə bilən planeti axtarmaqdır. Tərəfimizdən Günəş sistemindən kənar bir neçə planetin identifikasiya edilməsinə baxmayaraq indiyədək onların heç birində həyat üçün zəruri elementlər aşkarlanmayıb. "HabEx" missiyası bizə bu işin öhdəsindən gəlməyə kömək edəcək", - "NASA" əməkdaşı və Ohayo Universitetinin elmi əməkdaşı Skott Qaudi bildirib.

Milli.Az


Etiketlər:  Yeni teleskop Yerə bənzər planetlər axtaracaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ