Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2020 08:15
Günümüzdə ən çox istifadə olunan tərəvəzlərdən biri də acı bibərdir.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, A, S, B1, B3 vitaminləri ilə zəngin tərəvəzin 100 qramının enerji dəyəri 44 kilokaloridir. Acı bibər suyu uzun müddət davam edən güclü baş ağrıları zamanı faydalıdır. Lakin allergiyası olanlar ondan istifadə zamanı ehtiyatlı davranmalıdırlar.
Kosmetologiyada da istiotdan istifadə edilir. Sellülit əleyhinə olan bir çox kremin tərkibində acı bibər var.
Qırmızı və yaşıl rəngdə olan acı bibərin insan orqanizminə faydaları ilə yanaşı, ziyanı da var. Qastrit, mədə xorası, mədə-bağırsaq sistemi xəstəliklərindən əziyyət çəkənlər ondan uzaq olmalıdırlar. Eyni zamanda qaraciyər və böyrək xəstəliklərindən əziyyət çəkənlər də acı bibərdən istifadə etməməlidir.