Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ administrasiyası İraqa qarşı sanksiyalar hazırlayır

ABŞ administrasiyası İraqa qarşı sanksiyalar hazırlayır

Tarix: 7 Yanvar 2020 09:30

ABŞ İraqa qarşı sanksiyalar hazırlamağa başlayıb.

Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, buna səbəb İraq parlamentinin xarici qoşunların ölkədən çıxarılması ilə bağlı qətnamə qəbul etməsidir.

Bildirilib ki, xüsusilə, ABŞ biznesinin İraqın biznes dairələrilə iş qurmasına qadağa qoyulması imkanları nəzərdən keçirilir.

Bir gün əvvəl ABŞ prezidenti Donald Tramp Amerika tərəfinə düşmənçilik göstərəcəyi təqdirdə Bağdadı iqtisadi məhdudiyyətlərlə təhdid edib.

Sanksiyaların tətbiq olunmasında aparıcı rolu Ağ Ev və ABŞ Maliyyə Nazirliyi oynayacaq.


Etiketlər:  ABŞ administrasiyası İraqa qarşı sanksiyalar hazırlayır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ