Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2020 10:21
Bakı. Trend:
31 yanvar 2019-cu il ildə böyrək çatışmazlığı diaqnozu ilə Mərkəzi Gömrük Hospitalında əməliyyat olunan Xəyal Məmmədxanlı Azərbaycan Respublikası Milli Məclisinə VI çağırış seçkilərində iştirak edir.
Trend xəbər verir ki, o, bu gün yüksək əhval-ruhiyyədə yüzlərlə seçicilərin mənzilinin qapısını döyür, seçicilərlə görüşür və həyatının ən sevincli günlərini yaşayır.
Lakin 2018-ci ilin dekabr ayında dostu ilə tibbi müayinəyə gedən Xəyal Məmmədxanlı həyatının ən ağır günlərini yaşayıb. Analiz nəticələrinə baxan həkim onda ən ağır diaqnozlardan biri olan böyrək çatışmazlığı xəstəliyinin olmasını bildirib. 2019-cu il ərəfəsində həyatının ən şok xəbərlərindən birini eşidib.
Onda Yeni il sevincini nə özü, nə də ailəsi, nə də onu sevənlər yaşaya bildilər. Müalicə ilə sağalmayan xəstəliyi onu həyat və ölüm arasında qoyub. 31 yanvar 2019-cu ildə isə Mərkəzi Gömrük Hospitalında tibbdə ən ağır əməliyyatlardan birinə girib. Qardaşı onun donoru olub. Mərkəzi Gömrük Hospitalının cərrah transplantoloqu Mircəlal Kazımi və onun peşəkar komandasının möhtəşəm işi sayəsində Xəyal Məmmədxanlı yenidən əvvəlkindən daha güclü həyatına qayıdıb.
Dr. Mircəlal Kazımi bildirir ki, heç zaman xəstəliyə qarşı mübarizədən vaz keçmək olmaz. Ağır xəstəlik diaqnozu həyatın sonu deyil. Mərkəzi Gömrük Hospitalının transplantoloqu Mircəlal Kazımi və onun peşəkar komandası tərəfindən hər il yüzlərlə insan ən ağır xəstəliklər olan qaraciyər və böyrək çatışmazlığı xəstəliklərindən transplantasiya yolu ilə sağalır və öz həyatlarını sevimli insanlarının əhatəsində davam edirlər.
Xatırladaq ki, Dr. Mircəlal Kazımi Azərbaycanda ilk dəfə qaraciyər transplantasiyası əməliyyatını uğurla icra etmiş cərrah transplantoloqdur. Bu günə qədər 800-dən çox orqan transplantasiyası əməliyyatını uğurla həyata keçirib. Azərbaycanda icra olunan təkcə böyrək transplantasiyası əməliyyatlarının 90%-i Dr. Mircəlal Kazımi tərəfindən icra edilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin
Ən ucuz aviabiletlər!