Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

BSU-da payız semestrinin imtahan sessiyası başladı (FOTO)

BSU-da payız semestrinin imtahan sessiyası başladı (FOTO)

Tarix: 7 Yanvar 2020 14:06

Bakı. Trend:

Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramovun “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” imzaladığı 6 dekabr 2019-cu il tarixli əmrdə ali və orta ixtisas təhsili müəssisələrində 2019-2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın və obyektivliyin təmin edilməsi, imtahan sessiyasının mövcud normativ sənədlər əsasında keçirilməsi, təhsil müəssisələrində imtahan qərargahlarının yaradılması, bu qərargahlara daxil olan hər bir şikayətin qısa müddətdə çevik şəkildə araşdırılıb lazımi tədbir görülməsi, eyni zamanda imtahanlarda şəffaflığın təmin edilməsi üçün ictimaiyyətin və tələbələrin valideynlərinin iştirakına şərait yaradılması öz əksini tapıb.

Bakı Slavyan Universitetində (BSU) bu əmrin icrası ilə bağlı universitetin rektoru, professor Nurlana Əliyeva tərəfindən müvafiq əmr imzalanıb. Rektorun həmin əmrində 2019-2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasının tədris planlarına uyğun olaraq 7 yanvar-1 fevral 2020-ci il tarixlərində keçirilməsi, imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkilinin müvafiq strukturlar tərəfindən təmin edilməsi, imtahan sessiyasının təşkilinə, gedişinə nəzarəti həyata keçirmək, yarana biləcək münaqişə və şikayətlərin yerindəcə çevik həll edilməsini təmin etmək məqsədilə universitet rəhbərliyinin, universitetdə fəaliyyət göstərən valideyn şuralarının, tələbə ictimai təşkilatlarının, Mətbuat Xidmətinin və ictimaiyyətin nümayəndələrinin tərkibinə daxil edildiyi 15 nəfərdən ibarət İmtahan Qərargahının yaradılması öz əksini tapıb. İmtahan Qərargahına edilən müraciətlərə çevik şəkildə baxılması, eyni zamanda fakültə və şöbələrdə yaradılmış münaqişə komissiyalarının qərarlarından narazı qalan tələbələrin işlərinin yenidən nəzərdən keçirilməsi məqsədilə BSU üzrə 12 nəfərdən ibarət Münaqişə Komissiyası yaradılıb.

Eyni zamanda 2019-2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasında tələbələrin cavab kartlarının kodlaşdırılması, imtahan sənədlərinin düzgün və səliqəli şəkildə tərtib edilməsi üçün BSU-nun I tədris binasında 7 nəfərdən ibarət, II tədris binasında isə 4 nəfərdən ibarət işçi qrupları yaradılıb. Ehtiyac yarandığı təqdirdə Münaqişə Komissiyasının işinə müxtəlif ixtisasları təmsil edən mütəxəssislərin cəlb edilməsi nəzərdə tutulur. Bütövlükdə BSU-da imtahan sessiyasının şəffaf və obyektiv keçirilməsi universitet rəhbərliyinin diqqət mərkəzindədir.

BSU-nun rektoru, professor Nurlana Əliyeva yanvarın 7-də auditoriyalarda olaraq imtahan prosesini müşahidə edib, imtahanların aşkarlıq şəraitində, ədalətli, şəffaf və obyektiv keçirilməsi üçün öz tapşırıq və tövsiyələrini verib, tələbə-gənclərə uğurlar arzulayıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Ən ucuz aviabiletlər! BSU-da payız semestrinin imtahan sessiyası başladı (FOTO) BSU-da payız semestrinin imtahan sessiyası başladı (FOTO) BSU-da payız semestrinin imtahan sessiyası başladı (FOTO) BSU-da payız semestrinin imtahan sessiyası başladı (FOTO) BSU-da payız semestrinin imtahan sessiyası başladı (FOTO) BSU-da payız semestrinin imtahan sessiyası başladı (FOTO)


Etiketlər:  payız semestrinin imtahan sessiyası başladı FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ