Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2020 14:42
Yeni il bayramı günlərində Bakıda təcili tibbi yardım xidmətlərinə daxil olan çağırışların sayı gün ərzində 3000-ə yaxın olub.
Sonxeber.net xəbər verir ki, bunu Trend-ə "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva deyib.
Onun sözlərinə görə, bayram günlərində poliklinikalar fəaliyyət göstərmədiyindən bayram günlərində təcili tibbi yardım xidmətlərinə daxil olan çağırışların sayı adi günlərlə müqayisədə 600-800 çağırış sayı çox olub.
Müraciətlər, əsasən, ürək-damar xəstəlikləri, respirator və nevroloji xəstəliklərlə bağlı olub.