Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 May 2019 16:57
Bakı. Ceyhun Ələkbərov - Trend:
"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Texniki Nəzarət üzrə Məsləhət Xidmətlərinin satınalınması ilə bağlı İspaniya şirkəti ilə müqavilə imzalayıb.
Səhmdar Cəmiyyətindən Trend-ə verilən məlumata görə, QSC tərəfindən Bakı-Böyük Kəsik dəhlizi boyunca yeni enerji təchizat sisteminə keçid, işarəvermə sisteminin yenilənməsi və elektrik lokomotivlərinin alınmasına Texniki Nəzarət üzrə Məsləhət Xidmətlərinin satınalınması ilə bağlı İspaniyanın "JV TPF Getinsa Euroestudios - Auxitec Tecnica Y Control" müqavilə imzalayıb.
Satınalma müqaviləsinin məbləği 8 milyon 260 min 743 avro və 2 milyon 360 min dollardır (ƏDV daxil).
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin