Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 May 2019 17:12
Portuqaliyanın "Eştoril" klubunun hücumçusu Renat Dadaşovun U-21 yığmamızın mayın 18-dən 28-dək Sloveniyada keçiriləcək təlim-məşq toplanışına çağırılmamasının səbəbi məlum olub.
AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla Qol.az-a açıqlamasında 19 yaşlı futbolçunun milliyə komandanın baş məşqçisi Milan Obradoviçin istəyilə dəvət olunmadığını bildirib:
"İmtina söhbətinin əsası yoxdur. Çünki Renat ümumiyyətlə təlim-məşq toplanışına dəvət olunmayıb. Obradoviç onu çağırmayıb ki, hansısa etiraz da bildirsin. Baş məşqçinin seçimidir. İstəməyib, çağırmayıb".
Qeyd edək ki, bu gün mətbuatda Dadaşovun U-21-in təlim-məşq toplanışına qatılmaqdan imtina etdiyi ilə bağlı xəbər yayılıb.