Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2020 18:30
Avstriyada yeni kansler Sebastyan Kurtsun hökuməti and içib.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, andiçmə mərasimi ölkə prezidenti Aleksander van der Bellenin işlər idarəsində baş tutub.
Mərasimdən əvvəl prezident Avstriyanın ilk qadın kansleri Brigitte Birlyanın rəhbərlik etdiyi müvəqqəti hökumətin istefasını qəbul edib.
Qeyd edək ki, bu, S.Kurtsun rəhbərliyi altında ikinci hökumət olacaq. Bundan əvvəl Sebastyan Kurts 2017-ci ilin dekabrından 2019-cu ilin mayınadək kansler olub.
Digər maraqlı xəbərlər Sonxeber.net-ın Facebook səhifəsində. Bizi "Telegram"da izləyin. ŞƏRH YAZ Tweet