Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2020 18:40
Tovuzda yanmış meyiti tapılan 10 yaşlı Nərminin ölümü ictimaiyyəti sarsıdıb. İnsanlar sosial şəbəkə vasitəsilə azyaşlıının qatilin tezliklə tapılıb cəzalandırmasını tələb edir. Tanınmışlar arasında hadisəyə ilk münasibət verənlər jurnalist Xoşqədəm Hidayətqızı, daha sonra deputat Qənirə Paşayeva oldu.
Sonxeber.net baku.ws-ə istinadən xəbər verir ki, "Səni axtarıram" layihəsinin aparıcısı millət vəkilinin ayyarımdır axtarılan azyaşlının ölümünə reaksiyasını gecikmiş hesab edib və bu iradını onun "Facebook" statusunun altında bildirib:
- Hörmətli Qənirə xanım, mən sizi Nərmin itəndə orada görmək istərdim, ölüsü ortaya cıxdıqdan sonra yox. Həftələrdir bu axtarış gedir. Bəlkə bir az sərt oldu, amma uman yerdən küsərlər. Bağışla!
Q.Paşayeva aparıcının bu iradını belə cavablandırıb:
- Xoşqedem xanım, mən o dairənin millət vəkili olmasam da, hüquq-mühafizə orqanları ilə hər gün bu barədə danışırdıq. Mənim axtarış imkan və səlahiyyətim yoxdur. Mən daim olaraq maraqlana bilərəm və hüquq-mühafizə orqanları hər gün bu məsələ ilə nə qədər maraqlandığımı çox yaxşı bilir. Əgər sizə maraqlı idisə özümdən və ya onlardan soruşa bilərdiniz. Fikrinizi necə ifadə etmək istəyirsəniz, o cür də ifadə edə bilərsiniz. Amma istədim gerçəkləri biləsiz.
X.Hidayıtqızı ilə Q.Paşayevanın dialoqu belə davam edib:
- Qənirə Paşayeva, ola bilər, amma bu axtarışda şəxsən iştirak edən biri kimi bunun şahidi olmadığım ücün yazdım. Və bu yazdığımı yalnız sızə yaza bilərəm. Dedim axı, uman yerdən küsərlər.
- Xoşqədəm Baxşəliyeva, biz hüquq-mühafizə orqanlarına müraciət edirik. Millət vəkili olaraq bu cür addım atmalıyıq. Amma bu prosesdə sizin fəaliyyətinizdə başqa nəsə edə bilərdiksə, əmin olun, söyləsəniz, edərdik. Bunu ən yaxşı siz bilirsiniz. Amma bu cür hadisələrdə biz hüquq-mühafizə orqanlarına davamlı müraciət edirik və qanunla başqa səlahiyyətimiz yoxdur. Uman yerdən küsərlər fikrinizə sayğı ilə yanaşıram, amma bu kimi proseslərdə ancaq qanunla daşıdığımız səlahiyyət çərçivəsində hərəkət edə bilərik.
Qeyd edək ki, 21 noyabr 2019-cu ildə itkin düşən 2010-cu il təvəllüdlü Quliyeva Nərmin Şərif qızının axtarışları hüquq-mühafizə orqanları ilə yanaşı "Səni axtarıram" proqramında aparılırdı. Xoşqədəm Hidayətqızı azyaşlının tapılması üçün araşdırmalar aparırdı.
Digər maraqlı xəbərlər Sonxeber.net-ın Facebook səhifəsində. Bizi "Telegram"da izləyin. ŞƏRH YAZ Tweet