Tarix: 7 Yanvar 2020 20:58
“Qol vurmaq üçün inam əskikliyi yaşayırıq. Komandanın bunu qazanması üçün nə etməli olduğumuzu bilməliyik”.
Qol.az xəbər verir ki, bu sözləri “Milan”ın yeni transferi Zlatan İbrahimoviç “Football İtalia”ya açıqlamasında deyib.
38 yaşlı hücumçu “Milan”a ikinci qayıdışını şərh edərkən “Sampdoriya” ilə oyun (0:0) haqda da danışıb: “Dörd gündür burdayam və hər mənada komandaya kömək etmək üçün çalışacam. Komandada bir az inamsızlıq var. Növbəti oyunda belə olmayacaq.
Oyun zamanı çox adrenalin yaşadım. 9-10 ildir ki, içimdə saxladığım bir hissi yaşayıram. Azarkeşlərlə çox yaxşı münasibətim var. Bu, mənə motivasiya verir. Meydanda olmaq, qol vurmaq və bunu azarkeşlər qarşısında Allah kimi bayram etmək istəyirəm”.