Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2020 21:20
Böyük Britaniya parlamentində deputatlar Baş Nazir tərəfindən təqdim olunan Brexit müqaviləsini üç gün müddətində müzakirə edəcəklər.
Sonxeber.net virtualaz.org-a istinadən bildirir ki, müzakirələrdən sonra müqavilə Lordlar Palatasına təqdim olunacaq.
Brexit sövdələşməsinin həyata keçirilməsi üçün lazım olan qanunvericiliyin təhlilindən sonra müzakirələr yenidən davam etdiriləcək.
Müqavilə Avropa İttifaqına ödəmələri, vətəndaşların hüquqlarını və Şimali İrlandiya üçün gömrük tənzimləmələrini əhatə edir.
Xatırladaq ki, Böyük Britaniya yanvarın 31-dək Avropa İttifaqını tərk etməlidir.
Digər maraqlı xəbərlər Sonxeber.net-ın Facebook səhifəsində. Bizi "Telegram"da izləyin. ŞƏRH YAZ Tweet