Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Yanvar 2020 21:32
Bakı. Trend:
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Böyük Britaniyanın baş naziri Boris Conson arasında telefon danışığı olub.
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, telefon danışığı zamanı tərəflər ABŞ və İran arasındakı gərginlik, o cümlədən Suriya və Liviyadakı vəziyyəti müzakirə ediblər.
Qeyd edilir ki, tərəflər arasında regional və beynəlxalq gündəmin digər məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin