Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Millimiz məğlubiyyətlə başladı

Millimiz məğlubiyyətlə başladı

Tarix: 8 Yanvar 2020 00:16

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası 2020-ci il Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Təsnifat Turnirində ilk oyununu keçirib.

Qol.az-ın məlumatına görə, Niderlandın Apeldorn şəhərində keçirilən turnirdə ilk rəqib meydan sahibləri olub. Görüş millimizin 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb

Qrupun digər qarşılaşmasında Polşa Bolqarıstanıa qalib gəlib - 3:1 (23:25, 25:20, 25:19, 25:22).

Qeyd edək ki, Azərbaycan yığması növbəti oyununu yanvarın 9-da Bolqarıstana qarşı keçirəcək. Yanvarın 8-də isə Bolqarıstan - Niderland qarşılaşması oynanılacaq.

Avropa Təsnifat Turniri
7 yanvar

22:30. Azərbaycan - Niderland - 0:3 (23:25, 18:25, 22:25)
Apeldorn (Niderland), "Omnisport" salonu

 


Etiketlər:  Millimiz məğlubiyyətlə başladı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ