Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2020 12:54
“Sony” korporasiyasının oyun bölməsinin prezidenti Cim Rayan Las-Veqasda keçirilən “CES-2020” sərgisində təqdimat zamanı “PlayStation 5” oyun konsolunun əsas texniki xüsusiyyətlərini açıqlayıb.
“ICTnews” Elektron Xəbər Xidməti “iz.ru” saytına istinadən yazır ki, yeni nəsil oyun konsolu 3D səs üçün çip, yüksəksürətli SSD disk, şüaların istiqamətinin göstərilməsi dəstəyi və “Ultra HD Blu-Ray” disk qurğusu ilə təchiz ediləcək.
Həmçinin şirkət gələcək oyun konsolunun rəsmi loqosunu təqdim edib. Sözügedən oyun konsolu 2020-ci ilin sonunda satışa çıxarılacaq.
Emil Hüseynov