Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2020 13:16
2019-cu ilin yanvar-dekabr aylarında Azərbaycana səfər edən xarici vətəndaşların sayı 3.17 milyon nəfər təşkil edib ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 11.4% artım deməkdir.
Sonxeber.net xəbər verir ki, Dövlət Turizm Agentliyindən Trend-ə verilən məlumata görə, artımın qeyd olunduğu əsas istiqamətləri Rusiya, Gürcüstan, İran, Türkiyə, eyni zamanda Asiya və Avropa ölkələri təşkil edir.
Avropa ölkələrindən Azərbaycana gələnlərin sayı ötən ilin yanvar-dekabr dövründə 224 min nəfər təşkil edib ki, bu da 2018-ci ilin yanvar-dekabr dövrünə nisbətdə 14.7% artım hesab olunur.
Bu regiondan daha çox ziyarətçi Böyük Britaniya (36 min nəfər və ya 25.3% artım), Almaniya (20 min nəfər və ya 19.4% artım), İtaliya (12 min nəfər və ya 10.8% artım) və Fransadan (9 min nəfər və ya 15.2% artım) təşkil edib.
Cənubi Asiya ölkələri arasında 65 min nəfərlə Hindistandan və 46 min nəfərlə isə Pakistandan müvafiq olaraq 66.8% və 12.9% artım qeydə alınıb.
Mərkəzi Asiya ölkələrindən gələn səyahətçilər arasında Türkmənistandan gələn qonaqların sayı 85% artıb. Bu regiondan Qazaxıstandan gələnlərin sayı da 26.1% artaraq 47 min nəfərə, Özbəkistandan gələnləri sayı isə 28.3% artaraq 23 min nəfərə çatıb. Azərbaycana səfər edən İsrail vətəndaşları arasında da 17% artım müşahidə edilib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı vətəndaşları Yaxın Şərq ölkələrindən gələn səyahətçilər arasında üstünlük (46.7% artım) təşkil edib.
Azərbaycanın turizm nümayəndəliyinin fəaliyyət göstərdiyi Çindən gələn vətəndaşların sayında 62.4% artım müşahidə olunub.
Bu il ərzində növbəti turizm nümayəndəliklərinin fəaliyyət göstərəcəyi Cənubi Koreya üzrə 19.9%, Ukrayna üzrə isə 2.4% artım müşahidə edilib.
Digər maraqlı xəbərlər Sonxeber.net-ın Facebook səhifəsində. Bizi "Telegram"da izləyin. ŞƏRH YAZ Tweet