Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2020 14:30
İranın Tehran vilayətinin Pərənd şəhəri yaxınlığında qəzaya uğrayan Ukraynaya məxsus sərnişin təyyarəsinin ilk videosu yayımlanıb.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, çəkiliş təyyarə qəzaya uğradıqdan sonra hadisə yerinə gələn həvəskar tərəfindən aparılıb.
Videogörüntüdə şahidlər təyyarənin öncə raket olduğunu zənn ediblər. Sonradan təyyarənin qəza nəticəsində yerə düşdüyü məlum olub.
Qeyd edək ki, bu gün səhər saatlarında İranda Ukraynaya məxsus Boeing 737 sərnişin təyyarəsi motor hissəsində yanğının baş verməsi nəticəsində qəzaya uğrayıb. İran tərəfi qəzada 147 iranlı və 32 xarici sərnişinin həlak olduğunu təsdiqləyib.
Digər maraqlı xəbərlər Sonxeber.net-ın Facebook səhifəsində. Bizi "Telegram"da izləyin. ŞƏRH YAZ Tweet