Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2020 15:52
Bakı. Trend:
Prezident İlham Əliyev Anar Quliyevin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Anar Adil oğlu Quliyev Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri təyin edilsin.
Prezident İlham Əliyevin digər sərəncamı ilə Anar Quliyev Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini vəzifəsindən azad edilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin