Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2020 16:52
Bakı. Trend:
Polşanın İraqdakı səfiri Beata Penksa təhlükəsizlik məqsədilə ölkədən təxliyə edilib.
Trend-in məlumatına görə, bunu Polşanın Xarici İşlər Nazirliyi bildirib.
Qeyd olunur ki, təxliyə Böyük Britaniyanın müraciəti əsasında baş tutub. Belə ki, Polşanın İraqdakı səfirliyi Böyük Britaniyanın diplomatik missiyasının ərazisində yerləşir.
Eyni zamanda səfirliyin öz işini davam etdirdiyi deyilir.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin