Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Yanvar 2020 21:22
Avstriya Xalq Partiyasının təmsilçisi Klaudia Tanner Federal Müdafiə Nazirliyinə rəhbərlik edən ilk qadın kimi ölkə tarixinə düşüb. Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, o, yanvarın 7-də Vyanada Prezident Administrasiyasının yerləşdiyi "Hofburq" sarayında yeni qurulmuş federal hökumətin andiçmə mərasimi zamanı ictimaiyyətə təqdim olunub.
K.Tanner nazir səlahiyyətlərini qəbul edərkən qarşıda çətin və yoxuşlu bir yolun durduğunu, orduda perspektivli resurs və strukturlar, müasir texniki baza və silahlara ehtiyac olduğunu bildirib.
Qeyd edək ki, yeni hökumət nazirlər və dövlət katibləri daxil olmaqla, 17 nəfərdən ibarətdir
Daha əvvəl isə Avstriya Prezidenti Aleksandr Van der Bellen kansler Sebastyan Kurtsun rəhbərlik etdiyi hökumətin tərkibini təsdiq edib. Bununla da Kurtsun kansler kimi ikinci fəaliyyət dövrü başlayıb.