Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Litvalıları iqlim dəyişikliyi yox, qiymət artımı daha çox narahat edir

Litvalıları iqlim dəyişikliyi yox, qiymət artımı daha çox narahat edir

Tarix: 8 Yanvar 2020 22:16

"Eurobarometer" sosial xidmətinin apardığı sorğunun nəticələrinə əsasən, Avropa İttifaqı (Aİ) ölkələrinin sakinləri arasında litvalılar qiymətlərin və vergilərin artmasından daha çox narahatlıq keçirən xalqdır. Litva sakinləri iqlim dəyişikliyindən isə bu qədər narahat deyillər.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, aparılan sorğuya əsasən, litvalıların 52 faizi artan qiymətləri, inflyasiyanı və yaşayış üçün zəruri olan səviyyənin yüksəldiyini qeyd edib. Bu da orta göstəricidən təxminən 3 dəfə çoxdur.

Litvalıların seçdiyi variantlar arasında ikinci yerdə 25 faizlə vergi durur. Aİ-də isə respondentlərin 8 faizi bu cavabı seçib.

Litvada respondentlərin yalnız 4 faizi ətraf mühit, iqlim və enerji məsələsinin hazırda ölkəni narahat edən ən vacib problemlər arasında olduğunu söyləyib. Bu məsələni isə Aİ ölkələrində respondentlərin 23 faizi qeyd edib.


Etiketlər:  Litvalıları iqlim dəyişikliyi qiymət artımı daha çox narahat edir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ