Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Yanvar 2020 07:20
Bakı. Trend:
Venesuela Prezidenti Nikolas Maduro ölkə rəhbərliyinin fevral ayının ortalarında hərbi təlimlər keçirmək planlarını açıqladı.
Trend-in məlumatına görə, bunu N.Maduro dövlət televiziyasının efirində bildirib.
Venesuela Prezidenti deyib: "Bildirmək istəyirəm ki, 2020-ci ilin 15-16 fevralında bütün silahların, bütün silahlı qüvvələrin iştirakı ilə xüsusi təlimlər keçirəcəyik". Onun sözlərinə görə, böyük şəhərlərin qorunmasına xüsusi diqqət yetiriləcək
2019-cu ilin dekabrında Venesuelanın Müdafiə naziri Vladimir Padrino Lopez müxalifət nümayəndələrinin ölkənin cənubundakı hərbi hissəyə hücumu xəbərini, hücum zamanı bir əsgərin öldüyünü açıqlayıb. Səlahiyyətlilərə görə, təcavüzkarlar oğurlanmış silahlarla Braziliya ərazisinə qaçıblar. Daha əvvəl, Braziliya Xarici İşlər Nazirliyindən qanuni dövlət başçısı kimi tanımadıqları Maduro nümayəndələrinin sorğusuna əhəmiyyət verilməcəyini bildiriblər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin