Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Yanvar 2020 08:54
Kanadalı müğənni Castin Biberdə Laym xəstəliyi aşkarlanıb.
Sonxeber.net "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə ifaçının özü İnstaqram hesabında məlumat verib.
Onun sözlərinə görə, Laym xəstəliyi ilə yanaşı, onda xroniki mononukleoz aşkarlanıb ki, bu da onun dərisinə, beyninin işinə və ümimilikdə sağlamlığına mənfi təsir göstərib.
Biber bildirib ki, ağır keçən iki ildən sonra, "hələ sağalmaz xəstəliyin" düzgün müalicəsinin nəticəsində o, tədricən sağalır və yenidən səhnəyə qayıda biləcək.
Laym xəstəliyi insanlara gənələr vasitəsilə ötürülən yoluxucu xəstəlikdir. Xəstəlik vaxtında müalicə olunmazsa ölüm və əlliliyə gətirib çıxarır.