Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Yanvar 2020 15:10
Azərbaycanlı futbolçu Nicat Qurbanov karyerasını Gürcüstanda davam etdirəcək.
Bu haqda Qol.az-a futbolçu özü məlumat verib. 27 yaşlı yarımmüdafiəçisi yaxın günlərdə “Samtredia” klubu ilə müqaviləni yeniləyəcəyini bildirib.
Qeyd edək ki, “Sumqayıt”dan ayrıldıqdan sonra 2019-cu ilin yayında “Samtredia”ya keçən N.Qurbanov bu komanda ilə birinci liqada uğurlu mövsüm keçirib. O, 8 qol vurub, 4 qolun isə ötürməsini edib. “Samtredia” yeni mövsümdən Gürcüstan Premyer Liqasında oynamaq hüququ qazanıb.