Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Yanvar 2020 20:42
İspaniyada sürücü avtomobili ilə kilsəyə girib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, polis tərəfindən saxlanılan şəxsin ifadəsi zamanı səsləndirdiyi fikirlər maraq doğurub.
Hadisə İspaniyanın Toledo şəhərinin Sonseka qəsəbəsindəki kilsədə baş verib. Sürücü "Jeep" markalı maşını ilə kilsə qapısını qıraraq içəri daxil olub. Ətrafdakı stollara çırpılan avtomobil bir qədər irəlilədikdən sonra dayanıb.
Polis tərəfindən saxlanılan sürücünün ifadəsi zamanı səsləndirdiyi fikirlər diqqət çəkib:
"Şeytandan qaçdım. Ondan gizlənirdim".