Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tesla Model 3 və Model Y-nın Avropada istehsalı 2021-ci ilin iyul ayında başlayacaq

Tesla Model 3 və Model Y-nın Avropada istehsalı 2021-ci ilin iyul ayında başlayacaq

Tarix: 9 Yanvar 2020 21:44

İlkin mərhələdə həftədə 3000 avtomobil istehsal olunacaq

Keçən ilin noyabr ayında İlon Mask Tesla-nın Avropada - Berlinin ətrafında elektromobil istehsalı üçün dördüncü fabrikini quracağını açıqlamışdı. Artıq sahə ayrılıb, Gigafactory 4-ün tikintisinə yaxın altı ay ərzində start veriləcək, zavodda avtomobillərin istehsalına isə artıq 2021-ci ilin iyulunda başlanacaq.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, Tesla özünün Berlin zavodunda həftəlik 3000 Model Y krossoveri və Model 3 sedanı istehsal etməyə hazırlaşır. Ümumiyyətlə, perspektivdə avtomobillərin buraxılışının həcmini ildə 500 000-ə qədər artırmaq planlaşdırılır. Maraqlıdır ki, Tesla-nın Avropa planları Çin planlarından daha iddialı görünür: şirkət Şanxay şəhərində yeni tikilmiş Gigafactory 3-də işə salındığı ilk dönəmlərdə həftədə yalnız 1000 avtomobil istehsal etmək fikrindədir.

Əvvəlcə Tesla-nın Avropa fabrikinə 3000 nəfəri işə götürmək planlaşdırılırdı, lakin istehsal genişləndikcə personalın sayı 8000 nəfərə qədər arta bilər.


Etiketlər:  Tesla Model Model nın Avropada istehsalı 2021 ilin iyul ayında başlayacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ