Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dərmanı tapılmayan nadir xəstəliklər

Dərmanı tapılmayan nadir xəstəliklər

Tarix: 9 Yanvar 2020 22:36

Bəşəriyyətin mübarizə etdiyi çox saylı xəstəliklər var. Bunlar HİV, xərçəng kimi minlərlə insanların həyatını alan xəstəliklərdir. Bəzi xəstəliklərin yüngül bir müalicə ilə aradan qaldıra bilərik.

Lakin dünyada cəmi 1-2 insanın xəstələndiyi nadir və heç çarəsi bilinməyən qəribə xəstəlik növləri var. Bu xəstəliklər üçün heç bir dərman kəşf olunmayıb və çox güman ki, helə uzun illər boyu onlar bəşəriyyət üçün böyük bir sirr olaraq qalacaq. Belə nadir xəstəliklər bunlardır:

"Partlayan baş sindromu"
Milli.Az medicina.az-a istinadən bildirir ki, bu xəstəlik başın partlamasına səbəb olmur, sadəcə daimi ağrısız hisslər ilə müşayiət olur, əsasən insan qəribə səs-küylər, şırıltılar və müxtəlif səslər eşidir. "Partlayan baş sindromu" qalıcı xəstəlik deyil, müəyyən müddətdən sonra keçir. Umumiyyətlə, bu xəstəlikdən əziyyət çəkən insanlar yuxu gördükdə, onları eşitmirlər.

"Ailə yuxusuzluğu"
Genlərlə ötürülən qorxulu xəstəliklərdən biridir. Bu xəstəlikdən əziyyət çəkən insanlar ildən-ilə daha az yatmağa başlayırlar. Belə insanlar halüsionasiyalardan əziyyət çəkirlər və tez həyatlarını itirirlər. Ümumilikdə yuxusuzluqdan əziyyət çəkən 40-a yaxın ailə var.

"Hipertrixoz"
"Hipertrixoz" və yaxud qulyabanı sindromu həddindən artıq insanda tüklənmə müşahidə olunur. Bu xəstəlik zamanı əsasən, üzdə uzun və qara tüklər çıxmağa başlayır. Qorxulu xəstəlik insanı canavara bənzətdiyi üçün bəzən "canavar sindromu" da deyirlər. Xəstəliklə əlaqədər 50 məlum hadisə var. Əsasən, bu xəstəlik genetikdir. 2008-ci ildə alimlərin müşahidələrinə görə, belə xəstələrin bədəninə testesteronun vurulması, onlar üçün bir növ dərman ola bilər. Testeron hormonu bədəndə saç bitməsini dayandırır.

"Progeri xəstəliyi"
Bu dəhşətli xəstəlik zamanı, insanın dərisi və daxili orqanları vaxtından əvvəl qocalır. Xəstəliyin 2 növü var: usaqlarda əsas forma Getçison-Gilford sindromudur. Bu xəstəliklə doğulan usaqların əksəriyyəti 12-13 yaşına qədər yaşayırlar. Balaca uşaqlar yaşlı insanlara oxşayırlar. Onların bədənində fiziki inkşaf sürətlə gedir və tez qocalmağa başlayırlar. Xəstəliyin ilkin əlamətləri vaxtından əvvəl keçəlləşmə, sümüklərin nazikləşməsi, ürək xəstəlikləridir. Böyüklərdə isə bu xəstəliyin əsas forması "Verner"sindromudur. Dünyada cəmi 48 nəfərdə tapılıb.

Təəssüf ki, bir ailənin 5 uşağında bu xəstəlik müşahidə olunub.

Mebius xəstəliyi
Çox qeyri-adi və mürəkkəb xəstəliklərdən biri "Mebius" sindromudur. Bu xəstəlikdən əziyyət çəkən insanlar üz əzələlərini idarə edə bilmirlər. Belə insanlar nə ağlaya, nə gülə ,nə də kədərlənə bilirlər.Yer üzündə bu sindromdan əziyyət çəkən insanlar çox azdır.

Porfiriya xəstəliyi
Bu xəstəlikdən əziyyət çəkən insanlara gün işığı pis təsir edir. Belə adamlar günəş şüalarından gizlənməyə məcburdurlar, çünki işıq onların bədənində ağrıları artırır. Bu insanların bədəninə günəş işığı dəyəndə, dəriləri yanıb, köpüklənməyə başlayır.

Sinesteziya xəstəliyi
Bu xəstəlikdən əziyyət çəkən insanlar eşitmə və görmə qabilliyətini itirmiş insanlardır. Bu insanlar səsləri sanki görə bilir və əşyaları hiss edirlər. Çox maraqlıdır ki, bu nadir xəstəlikdən xüsusi ilə sənət adamları əziyyət çəkirlər.

Milli.Az


Etiketlər:  Dərmanı tapılmayan nadir xəstəliklər


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ