Tarix: 9 Yanvar 2020 22:52
“Tottenhem”in kapitanı Harri Keynin zədəsi ciddidir.
Qol.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. "Sauthempton"la oyunda zədələnən ingilis hücumçu bu gün təkrar tibbi müayinədən keçib. Onun 4 ay meydana çıxa biməyəcəyi məlum olub. İlkin müayinə zamanı Keyndə əzələ yırtığı aşkarlanmışdı.
Qeyd edək ki, komandanın lideri bu mövsüm 25 oyuna 17 qol vurub, 2 məhsuldar ötürmə edib.