Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Yanvar 2020 07:16
Özbəkistan 2023-2030-cu illərdə Yaponiyanın "Itochu" şirkətinə 510,1 milyon, "Marubeni" şirkətinə isə 636,4 milyon dollar dəyərində uran satacaq.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, ölkə 2017-ci ildə ABŞ-a 300 milyon dollar dəyərində uran satılması ilə bağlı müqavilə imzalayıb. 2019-cu ildə isə Hindistana uran satılması ilə əlaqədar uzunmüddətli müqavilə bağlanılıb.
Xatırladırıq ki, uran ehtiyatına görə Özbəkistan dünya liderləri sırasındadır. Ölkə uran satışına görə dünyada yeddinci yerdə qərarlaşıb. Uran Özbəkistandakı Nəvai dağ-mədən kombinatında çıxarılır.